24 yanvar 2020 10:01
914

Dünya bazarlarında neft və qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

"İki sahil" xəbər verir ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,36% artaraq 1,93 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 0,39% artaraq 1 barrelə görə 62,28 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin fmartında ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 0,43% artaraq 55,83 dollar təşkil edib.