17 fevral 2020 15:33
2765

Hərbi alpinistlərimiz “Xocalıya ədalət!” ekspedisiyasında iştirak edirlər -  VİDEO - FOTO

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində  Türkiyə ərazisindəki Ağrı dağına ekspedisiya təşkil olunub.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ekspedisiyada Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli, eləcə də Azərbaycan Alpinizm Federasiyasının təcrübəli alpinistləri Rüfət Qocayev və Nemət Ağayev iştirak edirlər.
Hərbi alpinistlərimiz Ağrı dağının 5157 metrlik zirvəsinə qalxaraq orada Azərbaycan və Türkiyə  bayraqlarını dalğalandıracaq, Xocalı faciəsi zamanı qətlə yetirilən insanların fotolarını yüksək dağ zirvəsinə yerləşdirəcəklər.
Səfərdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, faciə qurbanlarının xatirələrini yad ediblər.
Ekspedisiya martın 1-dək davam edəcək.