Dubrovnik şəhəri “Game of Thornes” seriyalının təsiri ilə son illərin ən populyar istiqamətlərindən birinə çevrilib. Xorvatiyanın cənubdakı Dalmatian bölgəsində yerləşən bu tarixi şəhər ziyarətçilərini orta əsr quruluşları ilə tarixi səyahətə aparır.
“İki sahil” xəbər verir ki, Dubrovnik və ya yerli xalqın adlandırdığı kimi “Adriatik dənizinin incisi” Xorvatiyanın ən vacib tarixi və turizm şəhəridir. Şəhər hər il yüz minlərlə turist qəbul edir. Son illərin ən çox izlənilən seriallarından olan “Game of Thrones”in çəkilişlərinə ev sahibliyi edən Dubrovnik bununla da şöhrətinə əlavə şöhrət qazanıb.
Yüz illər boyu müstəqilliyini qorumağı bacaran bir şəhər dövləti olan Dubrovnik orta əsrlərdə dəniz ticarəti sayəsində çox inkişaf etmişdir.
1973-cü ildə YUNESKO tərəfindən “Dünya İrsi Siyahı”sına daxil edilib və Yuqoslaviyanı bürümüş vətəndaş müharibəsi nəticəsində ziyan görən Dubrovnik sonrakı bərpa işləri nəticəsində valehedici görünüşünə qovuşub.
Tarixdə Raqusa adı ilə tanınan və Osmanlı Sultan I Muratın əsarətində olan bu şəhər dövləti Napoleonun işğalına qədər Osmanlı ilə sıx əlaqədə idi. Bu bağlılıq 443 il davam edib.
1815-ci ildə keçirilən Vyana Konqresi ilə Avstriya-Macarıstan İmperiyasının bir hissəsi olan Dubrovnik Serbiya-Xorvat-Sloveniya Krallığının qurulması ilə bu quruluşun da bir hissəsi olub. İkinci Dünya Müharibəsindən sonra Yuqoslaviyanın ən əhəmiyyətli turizm şəhəri oldu.
Orta əsrlərin ən yaxşı 10 şəhərindən biri sayılan Dubrovnik bu gün yüz minlərlə turisti qəbul edərkən köhnə möhtəşəm daş evlərdən çevrilmiş butik otelləri ilə diqqəti cəlb edir.
Adətən 50 min insanın yaşadığı Dubrovnik xüsusilə yay aylarında turist marağına görə burada olan insanların sayı bir neçə dəfə artır.
Lokrum bu tarixi şəhərin ən vacib turizm yerlərindən biri olan bir adadır. Ada təbii gözəlliyi ilə yanaşı, Dubrovnikdə də üstünlük təşkil edən orta əsrlərə aid dövrü əks etdirir. Dubrovnik gözəl çimərlikləri ilə yanaşı, Adriatik sahillərində görüləcək tarixi marşrutları ilə də əhəmiyyətli bir turistik yerdir.
13-cü əsrə aid Fransisk kilsəsi, tarixi Dubrovnik qalası və 1444-cü ildə inşa edilən “Bell Tower” Dubrovnikin görülməli yerləri arasındadır.
“Bell Tower” qülləsinin yanında olan Orlando sütunu, Rektor binası və Dubrovnik qalasındakı yer qapısı turistlər görmədən geri qayıtmadığı yerlərdən biridir.
Sponza Sarayı və Etnoqrafiya Muzeyi də şəhərin görməli yerlərindəndir. Son illərdə turist marağının artması şəhərdəki qiymətləri də artırıb. Bu artım əsasən yaşayış və qida sahələrində hiss olunur.
Orxan Vahidoğlu, “İki sahil”