Mayın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti dövlətimizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidentinə və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib