01 iyun 2020 13:12
826

Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir 

Məlum olduğu kimi artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə).

"İki sahil" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsinin, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasının, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunmasının, müxtəlif sektorlar üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.