15 iyul 2020 11:44
1110

Gürcüstanda virusa yoluxma sayı mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 1003 nəfərə çatıb. Bu barədə Gürcüstan hökumətinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, indiyədək 873 nəfər sağalıb, 15 xəstə virusun qurbanı olub. Hazırda karantində 5640, stasionar nəzarətdə isə 244 nəfər saxlanılır.