Premyer Liqaya yenidən yüksələn “Lids Yunayted”in rəsmi televiziya kanalının aparıcısı Emma Louise Jones də İngiltərə komandası və azarkeşləri kimi həyəcanlıdır.
“İki sahil” xəbər verir ki, Marselo Bielsa rəhbərliyi altında "Lids Yunayted" geridə qalan iki oyunu oynamadan Premyer Liqaya yüksəlib. 16 ildən sonra yenidən ali liqada yer alan komanda əhəmiyyətli uğurlar qazandı.
İllərdir alt liqada olan “Lids Yunayted”in matçlarından və matçlardan sonra reportajları ilə diqqəti cəlb edən Emma Louise üç ildir ki, “LUTV” çalışır və “Lids Yunayted”in azarkeşlərinin sevimlisidir. Gözəlliyi ilə hər kəsi heyran qoyan diktor, eyni zamanda “BBC Radio-5”də çalışır və bu kanal üçün də şərhlər hazırlayır.
Qeyd edək ki, İngiltərənin Kosta Rika ilə oynadığı 2018 Dünya Kuboku yoldaşlıq oyunu, Emma Jonesin məşhurlaşdığı gün idi. Kamera operatoru oyundan daha çox Emmaya maraq göstərdiyinə görə, Emma qəfil populyar bir simaya çevrildi.
Futbol şərhçiliyinə tamamilə peşəkar baxımdan yanaşdığını etiraf edən Jones futbola xüsusi marağının olmadığını bildirib.