12 avqust 2020 13:39
1281

“Barselona”nın hansı futbolçusu koronavirusa yoluxub?

“Barselona”nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

COVID-19 testi verən oyunçulardan birinin nəticəsi pozitiv çıxıb. Adı açıqlanmayan futbolçu, həmçinin onunla təmasda olanlar dərhal karantinə alınıb. Klubdan bildirilib ki, həmin futbolçu Çempionlar Liqasında mübarizə aparmaq üçün Lissabona getməyə hazırlaşan komandanın oyunçularından heç biri ilə təmasda olmayıb.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində avqustun 14-də “Bavariya” ilə qarşılaşacaq.