Ötən mövsümü “Sumqayıt”da keçirmiş Əmir Ağayevin Azərbaycana qayıtmayacağı dəqiqləşib.
"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, israilli futbolçu karyerasını Yunanıstan Super Liqasında çıxış edən Afinanın “Atromitos” klubunda davam etdirəcək.
O, klubla 1+1 illik müqavilə bağlayıb. Əmir Ağayev 11 nömrəli formanı geyinəcək.