Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan var. 2010-cu ildə 46 min donor olmuşdusa, 2015-ci ildə bu rəqəm 75 min 184 nəfər təşkil edib. Bu da 61 faiz artım deməkdir.
Bunu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva deyib.
Onun sözlərinə görə, donorların qanı sifilis, QİÇS və hepatitlərə görə yoxlanılır. O əlavə edib ki, ötən il donorlarının 7-8 faizində infeksiya aşkarlanıb. Baş həkim ölkəmizdə müsbət rezuslu I və II qrup qanlara daha çox ehtiyac olduğunu və bu qan qruplarından olan xəstələrin çoxluq təşkil etdiyini söyləyib.