Sentyabrın 25-də Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib.
XİN-dən “İki sahil”ə verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Hər iki tərəf vurğulayıb ki, ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirlər və bu əlaqələri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.
Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb.
Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
İşğaldan azad edilmiş ərazilərdə 500-600 meqavat gücündə KSES-lər inşa ediləcək
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilirb
Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib