Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42-BL-556/42-ZA-456 nömrə nişanlı yük avtomobilinə rentgen qurğusu ilə baxış keçirilib.
“İki sahil” DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən malların hər birinin fiziki yoxlanılması qərara alınıb.
Təkrar baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan "kosmetik vasitə" yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 2942 ədəd müxtəlif adda tibbi təyinatlı gel, 18 qutu həb şəkilli və 10 ədəd flakonda maye halında olmaqla müxtəlif adda dərman vasitələri aşkar edilib.
Qeyd olunan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
“Avromed Company” MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb