30 sentyabr 2020 14:40
754

Düşmən müdafiə mövqelərini tərk edərək qaçır

"Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

"Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır", nazirlikdən bildirilib.