05 oktyabr 2020 18:25
1044

Ermənilər yalnız hərbdə deyil, diplomatiyada da biabırcasına uduzurlar

Ali Baş Komandan İlham Əliyev bu gün həm döyüş meydanının, həm də diplomatik cəbhənin lideridir

Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları bu gün də böyük qələbələrlə davam edir. Bir həftə ərzində bir rayon mərkəzini, 23 kəndi azad etmək ancaq müzəffər ordunun uğuru ola bilər. Hətta bu uğurdan Ermənistan siyasi rəhbərliyi nəinki qorxdu, eyni zamanda, hərbi birləşmələrimizin gücünü etiraf etməyə başladı.

Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycan Ordusunun qüdrətini indi xarici ölkələrin hərbi ekspertləri də etiraf edirlər. Onların qənaətincə, müzəffər ordumuz ən müasir hərbi texnika ilə bərabər, ən müasir hərbi taktika ilə də fərqlənir. Məhz bunun nəticəsidir ki, 30 ilə yaxındır ki, işğal altında saxladıqları  Azərbaycan torpaqlarında ən güclü müdafiə sistemi quran ermənilərin (bu sistemi Ermənistanın keçmiş müdafiə naziri Ohanyan qurduğu üçün onu «Ohanyan səddi» adlandırırdılar) müdafiəsi asanlıqla qırıldı. Hətta onlardan əldə edilən hərbi qənimət də kifayət qədər çoxdur. Təkcə Cəbrayıl şəhərinin  işğaldan azad edilməsində ermənilər 3 tankını və 9 «Ural» markalı hərbi yük maşınını qoyub qaçıblar.

Eyni zamanda, Ermənistan hərbi qüvvələrinin məhv edilən ağır texnikasının və silah anbarlarının sayı da kifayət qədər çoxdur. Belə ki,  200-dən çox tank və digər zirehli texnika, 230 –dan çox artilleriya, yaylım atəşli raket sistemləri, minaatan,  30 ədəd hava hücumundan müdafiə vasitələri, 8 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd «S-300» zenit-raket kompleksi. Ən başlıcası isə bu bir həftə ərzində 2300-dən çox erməni hərbçisi məhv edilib.

Bəli, bu gün cəbhənin bütün istiqamətlərində hərbi üstünlük Azərbaycan Ordusu tərəfindədir. Erməni hərbçiləri silahlarını və hərbi texnikanı səngərlərə atıb qaçırlar. Hətta xaricdən gətirdikləri terrorçuların və muzdlu döyüşçülərin də Azərbaycan Ordusu qarşısında vahimə ilə qaçması faktları mövcuddur.

Bir sözlə, bu hərbi üstünlüyümüz Azərbaycan xalqında böyük döyüş əhval-ruhiyyəsi yaradıb. Xalq-Ali Baş Komandan-Ordu birliyi qələbələrimizin əsas təməl prinsipidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin «Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında» 2020-ci il 28 sentyabr tarixli Sərəncamı bütün ölkədə  böyük ruh yüksəkliyi ilə qarşılanıb. İndi ölkəmizdə böyükdən- kiçiyəhamı  Vətənimizi qorumağa səfərbər olunub.

Digər mühüm fakt isə odur ki, ordumuzun uğurlu hərbi əməliyyatları ilə bərabər, diplomatik hücumlarımız da davam edir. Prezident İlham Əliyevin Rusiyanın «Rossiya-1» televiziya kanalının nüfuzlu «60 dəqiqə» proqramında suallara cavabları məntiqiliyi və sərtliyi ilə dünya ictimaiyyətinin rəğbətini qazanmışdır. Hətta bir çox ermənipərəst ekspertlər belə, Prezident İlham Əliyevin bu verilişdə Ermənistanın baş naziri Nikol Paşinyana dərs keçdiyini, onu fakt qarşısında bir qəpiklik etdiyini etiraf etdilər.

Bundan başqa, Ali Baş Komandanımızın nüfuzlu «Əl- Cəzirə» televiziya kanalına müsahibəsində dünya ictimaiyyətinə açıq mətnlə bəyan edir ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır: « Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi «Dağlıq Qarabağ respublikası»nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada «əhəmiyyətinə», onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar.»

«Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil»

Həmçinin Prezident İlham Əliyev Türkiyənin «TRT Haber» və  «Əl-Ərəbiyə» televiziya kanallarına müsahibəsində Ermənistanın dövlətinin və siyasi rəhbərliyinin faşist əxlaqını ifşa etmiş, onlara dəstək verən dövlətləri və beynəlxalq təşkilatları məsələyə ikili standartlardan yanaşmalarını qınamışdır.

Ən başlıcası isə Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərinin və bu rayonun bir neçə kəndinin işğaldan azad olunması ilə  bağlı xalqa müraciətində qətiyyətli bir liderin qələbə əzmini gördük. Bu əzmi təkcə biz yox, bütün Ermənistan, xaricdəki ermənipərəst dövlət rəhbərləri gördülər. Cənab Prezident çox açıq şəkildə bildirdi ki, Ermənistanın məğlubiyyətdən və acı taledən qurtulmağının tək bir yolu var- Azərbaycanın işğal altındakı qədim torpaqları azad edilməlidir:«Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub, hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, «Qarabağ Ermənistandır». İndi desin «Qarabağ Ermənistandır». İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam».

Bəli, məhz ermənilərin yaramaz riyakar  xisləti belədir- onlar qorxunun, gücün qarşısında tarixən yaltaqlanıblar, ancaq bir az güclənəndə qudurmuş it kimi diş qıcadıblar. Ona görə də böyük rus şairi Puşkin onların haqqında deyib «Sən köləsən, sən oğrusan, sən qorxaqsan, sən ermənisən.»

İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur

Prezident İlham Əliyev də 4 oktyabrdakı  xalqa müraciətində erməni xislətini belə ifadə edib: «Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!»

Ermənistanın hərbi -siyasi rəhbərliyinin daha bir barbarlığı isə onların döyüş meydanlarında hərbçi şərəfi ilə döyüşə bilməmələridir. Onlar açıq döyüşdə uduzduqlarından çıxış yolunu mülki əhalini atəşə tutmaqda görürlər. Azərbaycan Respublikası Prokurorluğunun oktyabrın 5- də açıqladığı rəsmi məlumata görə, erməni atəşi nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfəri isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 56, yaşayış evlərinin sayı isə 313-dür. Bu, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən törədilən bir müharibə cinayətidir və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Artıq düşmən sarsılıb, xeyli itkilər verdiyindən müqaviməti qırılıb, erməni hərbçiləri döyüş meydanından qaçırlar, Ermənistan cəmiyyətində ruh düşkünlüyü və qorxu hissi hökm sürür. Əvəzində  Azərbaycan güclü dövlət kimi mövcuddur. Əminik ki, erməni işğalçıları üzərində tezliklə qəti qələbə çalacağıq. Ölkə Prezidentinin xalqa müraciətində dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. İnanırıq ki, işğal altındakı bütün torpaqlarımız Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə azad ediləcək, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq!

Elçin Zaman, «İki sahil»