30 oktyabr 2020 16:34
1411

İzmirdə güclü zəlzələ olub, 6 bina dağılıb VİDEO

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Trend-in məlumatına görə, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

X X X
16.11

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Trend-in məlumatına görə, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.