Türkiyədə zəlzələdə həlak olanların sayı 17 nəfərə çatıbİzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 17-yə, yaralananların sayı 709 nəfərə çatıb.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Yeraltı təkanlar baş verəndən indiyədək 170 afterşok qeydə alınıb.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.