KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

16 noyabr 2020 04:15
3050

Rusiyanın Nəqliyyat naziri koronavirusa yoluxub

“Rusiyanın yeni təyin olunmuş Nəqliyyat naziri Vitali Savelyev koronavirusa yoluxub”. 

"İki sahil" APA-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edilib ki, nazirin koronavirusla bağlı verdiyi testin cavabı  müsbət olub və bu səbəbdən o, tələblərə uyğun olaraq özünütəcrid qaydalarına riayət etməlidir: “Nazirin vəzifələrini müvəqqəti olaraq birinci müavini - Federal Hava Nəqliyyat Agentliyinin rəhbəri Aleksandr Neradko icra edəcək”.