24 noyabr 2020 12:28
424

"Real"ın bu futbolçuları "İnter"ə qarşı oynamayacaq

“Real”ın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter”lə matç üçün sifariş ərizəsi açıqlanıb.

“İki sahil” klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, Madrid təmsilçiləri futbolçularından Kərim Benzema və Serxio Ramos zədəli olduqları üçün görüşü buraxacaqlar.

Həmçinin Luka Yoviç, Federiko Valverde və Alvaro Odriosola qarşılaşmada iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, sabah keçiriləcək “İnter” – “Real” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.