03 dekabr 2020 23:12
714

Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında hesabat verib

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

"İki sahil"in məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti, qitə futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşulub.

O, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.