Böyük Britaniyanın Bristol şəhərində partlayış olub. Hadisə çirkab suları təmizləyən müəssisədə baş verib.
"İki sahil" azvision-a istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin səbəbi məlum deyil, araşdırma aparılır.