04 dekabr 2020 14:57
508

Putinin mətbuat katibindən Qarabağ açıqlaması

Dmitri Pesko: "Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"

“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.