KÖŞƏ

Vəli İlyasov

Ermənilər Qarabağa kimin qoltuğunda gəliblərsə...

17 iyul 2021 21:33
1181

Çar Nikolayların, Aleksandrların, Leninlərin, Stalinlərin qoltuğunda xarici ölkələrdən Qarabağa daşınan ermənilər indi həmin adamların nəvə-nəticələrinin qoltuğunda buradan getməyə hazır olduqlarını bildirirlər. Bu günlərdə “papkada qurulan dövlət”in “xarici işlər naziri” David Babayan söyləyib ki, Qarabağ erməniləri dözülməz şəraitdə, hər an təşviş və qorxu içərisində günlərini sayırlar. Kənardan onlara göndərilən “2024-cü ilə qədər dözün, status da olacaq, yaxşı yaşayış da” mesajları onları ovundura bilmir. İnsan cildində olan ermənilərdə buna inam yoxdur, çünki Azərbaycan hər gün irəliləyir, saysız-hesabsız tələblər irəli sürür. Ermənilər üçün ən dəhşətlisi Azərbaycanın Zəngəzuru, Göyçəni tələb etməsidir. Babayan deyib ki, “Bütün bunlarda  sonra Azərbaycan İrəvanı geri almaq istəyəcək.”

Ermənilərdə artıq möhkəm inam yaranıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyi sözü havaya atmır, deyibsə, deməli, həyata keçirəcək.  Bu baxımdan Ermənilərin qorxusu təsadüfi deyil, çünki, onlar “dəmir yumruğun” acı dadını öz üzərlərində hiss ediblər və ikinci dəfə dadmaqdan dəhşətə gəlirlər.

David Babayan çıxışında bildirib ki, 2024-cü ilə qədər dözmək mümkün deyil, ondansa ya ölmək, ya da Qarabağdan çıxıb getmək daha yaxşıdır. Təbii ki, ölməkdən it kimi qorxan ermənilər ikinci variantı seçəcəklər. Sonrakı fikirlərində “nazir” bunu açıqca büruzə verir. Belə də olmalıdır, özgənin evində qonaq qalıb sonra ona sahib olmaq istəyən xəyanətkarların aqibəti belə qurtarmalıdır. Cəmi bir il əvvəl Azərbaycana meydan oxuyan, “yeni müharibə, yeni ərazilər”, “Azərbaycan istəyirsə gəlib Şuşada öz konsulluğunu açsın” kimi lovğa bəyanatlar verənlərin halına baxın. Artıq “dəmir yumruğun” başgicəlləndirən zərbələrindən sonra indi başa düşüblər ki, onlar Azərbaycan torpağında “çağırılmamış qonaq”dırlar.

Prezident İlham Əliyevin “Zəngəzura da, Göyçəyə də, İrəvana da qayıdacağıq və qayıdırıq, oralar bizim dədə-baba yurdlarımızdır, cəmi 101 il əvvəl sovet hökumətinin təzyiqi ilə ermənilərə verilib, kim istəyir tarixi oxusun, yaxın tarixdir” söyləməsi ermənilərin əl-ayaqlarını yerdən üzüb. Bir il əvvəlki təşəxxüslər, lovğalıqlar yoxa çıxıb, yerini qorxu və təəssüf tutub.

Hakimiyyətə gəldiyi gündən erməni toplumuna yalançı vədlər verən lovğa baş nazir Nikol Paşinyan qarabağlıları sonadək möhkəm durmağa çağırır və xarici dövlətlərdən kömək veriləcəyinə inandırmağa çalışır. Ona görə də əvvəllər olduğu kimi, yenə də Azərbaycanla danışıqlardan qaçır və vaxtı mümkün qədər uzatmağa çalışır. Erməni xarakteri ona səmimi və dürüst olmağa imkan vermir. Məğlub durumda belə aranı qatmağa, sərhədlərin müəyyən olunmasına hər vəchlə mane olur, Azərbaycanı günahlandırmağa çalışır. Paşinyanın söylədiyi ağ yalana baxın. O, deyir ki, guya Azərbaycan kommunikasiyaların açılmasını əngəlləyir, bu minvalla Ermənistanı blokadada saxlayır. Bu cür bəhanələrlə vaxtın uzadılması  isə Qarabağ ermənilərinin səbrini daşdırır, onlar öz ayaqları ilə gəlib düşdükləri tələdən indi tezliklə yaxa qurtarmağa tələsirlər.

Rusiyanın bir çox politoloqları və ekspertləri açıq bildirirlər ki, müharibədə məğlub olmuş Ermənistanın vaxt uzatması, çabalaması tamamilə məntiqsizdır, yaxşı olar ki, yersiz ərazi iddialarından əl çəksin, sülh müqaviləsini imzalasın, qonşu ölkələrlə, ən başlıcası isə, Azərbaycan və Türkiyə ilə  münasibətlərini normallaşdırsın və onlarla birgə iqtisadi layihələrdə iştirak etsin, əhalisinin rifahını yaxşılaşdırsın, ermənilər üçün bundan məqbul yol yoxdur.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?