Belçikanın Antverpen şəhərinin meri Bart De Vever evdən video-müsahibə verib.
"İki sahil" xəbər verir ki, kamera qarşısına sadəcə köynəklə kifayətlənərək çıxan mer evinin güzgülərini nəzərə almayıb.
Beləliklə, onun şalvarsız vəziyyəti güzgüdən kameraya əks olunub.
B.D.Vever bu vəziyyəti yalnız aparıcının xəbərdarlığından sonra görüb: “Lənət olsun, güzgünün qarşısında oturmuşam. Bunu nəzərə almadım. İl xüsusilə xoşagəlməz anla başladı, bunu uzun müddət xatırlayacağam”.
Yerli siyasətçilərdən biri Xorxe-Luiz Boçer ironiya ilə bələdiyyə başçısından Belçika bayrağının rənglərində şort geyinməsini istəyib.