Hirkan Milli Parkının Astara rayonu ərazisində, onun yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.
“İki sahil”in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
"Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi onun söndürülməsində müəyyən çətinliklərin yaratmasına baxmayaraq, onun lokallaşdırılmasına artıq nail olunub".
Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb