24 yanvar 2021 23:03
694

Daha 5 terrorçu Türkiyəyə təslim oldu

Daha 5 PKK-çı Türkiyənin Daxili İşlər Nazirliyinə təslim olub.

“İki sahil” AA-ya istinadən xəbər verir ki, təslim olan PKK-çılar 1993-2015-ci illər arasında terror təşkilatlarına qoşulduqlarını, Suriya və İraqda terror aktları törətdiklərini bildiriblər.

Qeyd edək ki, 2021-ci ildə yalnız inandırmaqla təslim olan PKK terror təşkilatının üzvlərinin sayı 14-ə yüksəlib.