04 fevral 2021 11:08
1267

Ötən il SOCAR-a verilən səmt qazının həcmi artıb

2020-ci il ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr,  ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verib. 

"İki sahil" bu barədə “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.  

Bununla da 2020-ci il ərzində SOCAR-a verilən səmt qazının həcmi əvvəlki illə müqayisədə 4,8  faiz artıb.