15 fevral 2021 16:25
1420

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində ənənəvi dərslər bərpa olunub - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində ənənəvi dərslər bərpa olunub. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində “Müştəri xidmətləri şöbəsinə yeni işə qəbul edilmiş mühəndis və texniklərin inkişafı proqramı” üzrə əyani formada maarifləndirmə kursu təşkil olunub. Sanitar-gigiyenik tələblər nəzərə alınmaqla tədris olunan kursa “Azəriqaz” İstehsalat Birliyinin 28 nəfər əməkdaşı cəlb olunub.

Kursun tədris planı Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən beynəlxalq standartların tələbləri səviyyəsində hazırlanıb. Kursda dinləyicilərə “ASAN xidmət” və “ASAN Kommunal” xidmət mərkəzlərinin missiyası, strateji baxışı və məqsədləri, bu xidmət mərkəzlərində “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər, AGİS, 3E, Smart Cart Payment və Gasreports proqram təminatları, əldə olunan məlumatlar və həmin məlumatlar əsasında görüləcək işlərin planlaşdırılması, eləcə də dinləmə və izahetmə bacarıqları, iş etikası, informasiya təhlükəsizliyi və.s. mövzular üzrə dərslər tədris olunur.

4 qrupda təşkil olunan kurs may ayınadək davam edəcək.

Orxan Vahidoğlu, "İki sahil"