17 fevral 2021 16:50
1261

TANAP artıq hidrogen nəqlinə texniki cəhətdən hazırdır

"Cənub Qaz Dəhlizi (SGC) Türkiyə qaz bazarının dinamikasını dəyişdirib və artıq Azərbaycan Türkiyənin bir nömrəli qaz tədarükçüsü olub".

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda bildirib.

Onun sözlərinə görə, bu layihə Türkiyə üçün mövcud müqaviləli tədarüklərin üzərinə Azərbaycandan illik daha 6 milyard kubmetr təbii qazın əlavə olaraq tədarük edilir.

O əlavə edib ki, gələcəkdə Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) 20 %-ə qədər hidrogen qarışığı nəql edilə biləcək. O vurğulayıb ki, boru kəməri artıq hidrogen nəqlinə texniki cəhətdən hazırdır.