23 fevral 2021 14:16
884

İsmayıllıda ikimərtəbəli ev yandı

İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 220 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

"İki sahil" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.