Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə yerli liqada ən çox çempion olan komandanın adını açıqlayıb.
"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Moldova "Şerif"i qərarlaşıb. Tiraspol təmsilçisi 21-ci əsrdə 18 dəfə ölkə çempionu olub.
Cəbəllütariqin "Linkoln Red", Hondurasın "Olimpiya" və Nikaraquanın "Real Esteli" klubu 17 dəfə ölkə çempionu olaraq siyahıda 2-4-cü pillələri bölüşdürürlər.
5-ci yerdə isə Yunanıstan "Olimpiakos"u (16 ölkə çempionluğu) qərarlaşıb.
Qeyd edək ki, dünyanın ən böyük beş liqasından təkcə Almaniya "Bavariya"sı (14 ölkə çempionluğu) "TOP-15"də yer alıb.
Əlavə edək ki, araşdırma əsrin 10 və daha çox sayda çempion olan komandalarını əhatə edib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib