26 fevral 2021 16:55
1590

Sumqayıt hadisələri planlaşdırılan erməni təxribatlarının ilk həlqəsi idi

Xarici qüvvələrin hazırladığı,  Dağlıq Qarabağı Azərbaycandan qoparmaq planına uyğun Sumqayıtda ermənilərin iştirakı ilə  təşkil olunan təxribat SSRİ-nin süqutunu  tezləşdirdi

Təsadüfdürmü, yoxsa  bu da  Tanrının xalqımızın taleyinə yazdığı alın yazısıdır ki, biz heç bir millətdə, xalqda  hiss olunmayan mənfi xarakterləri, vəhşilikləri, qaniçənliyi, qəddarlığı  genlərində daşıyan ermənilərlə qonşu olmuşuq.  Təəssüf doğuran bir təsadüf də odur ki,  qonşuluğa məhkum edildiyimiz  bu toplum müxtəlif tarixlərdə olsa belə, ilin bütün aylarında  azərbaycanlılara qarşı  qanlı hadisələr törətmişdir. Başqa sözlə deyilsə ilin bütün  aylarında erməni vəhşiliyinin nümunəsi olan,  Azərbaycanın tarixinə qara səhifə kimi yazılan günlər var: Azərbaycanlıların kütləvi  mart soyqırımı (1918).  20 Yanvar  qırğını (1990) . Fevralda Sumqayıt hadisələri (1988),  Qaradağlı, Malıbəyli, Xocalı  qətliamı (1992).  Oktyabrda Xocavəndin (1992) ,  apreldə  Kəlbəcərin (1993),  mayda  Şuşanın, Laçının (1992),  iyunda Ağdərənin (1993),  iyulda Ağdamın (1993), avqustda Füzuli, Qubadlı və Cəbrayılın ( 1993),  oktyabrda Zəngilanın (1993) ermənilər tərəfindən işğal olunduğu  günləridir. Məhz həmin qırğınlarda  imperiyanın xeyir-duasını alan ermənilər  böyük- kiçik demədən, qadınlara, uşaqlara, ahıllara divan tutmuş  minlərlə  azərbaycanlını qətlə yetirmişlər.  Tarixən güclü dövlətlər üçün  alət, vasitə olan ermənilərə də  də tula payı çatırdı. Qəribədir ki,  SSRİ-nin məhvində, « qırmızı imperiyanın» süqutunda da   erməni kartından istifadə olundu.  Məkrli ssenarinin məqsədi belə idi: SSRİ dağılmalı, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməli idi.

Ötən əsrdə bir neçə dəfə  baş vermiş erməni- müsəlman qarşıdurmasının təkrarlanmasını planlaşdıran xarici qüvvələr  eyni ssenarini təkrarladılar. Milli zəmində  baş verəcək münaqişə ocağı üçün məkan  Sumqayıt seçildi. Bəhanə  milli münaqişə zəminində baş verəcək qarşıdurma  olacaqdı.

«Qarabağ məsələsi» ilə bağlı  razılığı Sovet  İttifaqının ilk və sonuncu prezidenti, ermənipərəst Mixail Qorbaçovdan  alan ermənilərə  hərəkətə başlamaq üçün stimul, təkan da lazım idi. 13 fevral 1988-ci ildə  ermənilər həsrətində olduqları   Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana  birləşdirilməsi tələbi ilə   Xankəndidə  «miatsum» çağırışlarını səsləndirdilər,  mitinqlər təşkil etdilər.

27-29 fevral 1988-ci ildə   SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) planına uyğun hazırlanan Sumqayıt hadisələri baş verdi.  Sumqayıtın seçilməsi təsadüfi deyildi.  Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları bu şəhərdə  milli zəmində təxribatlar yaratmaq, münaqişələri  gerçəkləşdirmək daha asan idi. Sumqayıtda o vaxt 82 millət və etnik qrupu təmsil edən 258 mindən artıq əhali yaşayırdı ki, onların 14.208 nəfəri ermənilər idi.  Demək  milli zəmində  qarşıdurma və qırğın törətmək üçün seçilən bu şəhər əsl «etnik savaş poliqonu» ola bilərdi.  Ssenarinin müəllifləri belə   bir məqamı da  nəzərdən qaçırmadılar  ki, gənclik şəhəri  Sumqayıtda yaşayanların əksəriyyəti   yeniyetmələr idi. Yəni, hələ  həyat təcrübəsi olmayan gəncləri  müxtəlif istiqamətlərə yönəltmək daha asan olardı.

Milliyyətcə erməni,  hadisələr zamanı 6 soydaşını qətlə yetirən,  3 dəfə məhkum olunan Eduard Qriqoryan adlı bir nəfərin  təşkilatçılığı ilə  Sumqayıt hadisələri baş verdi.

Yerli əhalinin «Edik» kimi tanıdığı və DTK-nın əvvəlcədən təlimatlandırıldığı bu erməninin  təxribatlarına qoşulan, baş verənlərin əsl mahiyyətini dərk etməyən Əhməd Əhmədov adlı gənc  hadisələrin iştirakçısı kimi mühakimə  olundu.  Milliyyətcə rus olan və əvvəlcədən təlimatlandırılan  hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə  günahsız Əhməd güllələnməyə məhkum edildi. Heç bir təqsiri  olmayan Taleh İsmayılov 15 il azadlıqdan məhrum olundu. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı  verilən işgəncələrə tab gətirməyərək intihar etdi.  Əsl qatil Eduard Qriqoryan isə guya  azadlıqdan məhrum edilərək Ermənistana təhvil verildi. Az müddətdən sonra isə azadlığa buraxıldı.    Hadisə zamanı öldürülən 26 erməni  şovinist, terrorçu, separatçı «Krunq» və «Qarabağ» təşkilatlarına  pul verməkdən imtina edənlər idi.

20 Yanvarda olduğu kimi,  «qarşıdurmanı yatırmaq» adı ilə sovet əsgərlərinin hadisələrə müdaxilə etməsi təsdiqləyir ki,  Sumqayıtda baş verənlər düşünülmüş ssenari üzrə həyata keçirilən erməni təxribatı idi. Amma iqtidardakılar nəinki susdular, danışmaq istəyənlərə  belə imkan verilmədi. Belə susqunluğun və unutqanlığın ağır nəticəsi bir neçə ildən sonra Xocalı soyqırımı oldu.
Ermənilər illərdən bəri   məkrli niyyətlərini həyata keçirmək üçün planlaşdırılmış, sistemli və təşkilatlanmış şəkildə   fəaliyyətə başladılar.

Yaxın keçmişdə şahidi olduğumuz qanlı-qadalı hadisələrin, törədilən qırğınların, soyqırımların, qətliamların bir məqsədi var idi: Azərbaycan xalqının qəlbində bir xof, qorxu yaratmaq. Təəccüblüsü budur ki,  bir mərkəzdən idarə olunan, sistem halında  həyata keçirilən qırğınlarda  həmişə  başına tumar çəkilən, sığallanan Ermənistan,  günahlandırılan  isə Azərbaycan olur. 

Amma tarix də göstərdi ki, ədalətə qalib gələ biləcək güc yoxdur. Dağlıq Qarabağ  münaqişəsi başlandığı gündən  sülh və ədalət tərəfdarı olan Azərbaycanın torpaqlarının işğaldan azad ediləcəyini:  «Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq»  sözləri ilə bildirən Prezident  İlham Əliyev bu vədinə də sadiq qaldı.  Ötən əsrin əvvəlində törətdikləri  soyqırımları yüzilliyin sonunda da davam etdirən ermənilər kimi havadarları da Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun,  Azərbaycan xalqının birliyinin,  rəşadətli əsgərlərimizin qüdrətinin  qarşısında  məğlub oldular. Bir neçə il bundan əvvəl proqnoz kimi deyilən çağırışlar artıq reallıqdır. Ermənistanın 30 ilə yaxın işğal atında saxladığı Füzili, Ağdam, Cəbrayıl, Qubadlı,  Zəngilan, Laçın, Kəlbəcər həqiqi sahiblərinə qaytarıldı. Tarixən mədəniyyət paytaxtımız olan Şuşada  bayrağımız dalğalandırıldı. İşğal etdikləri əraziləri dağıdan, meşələri qırıb, yandıran, su mənbələrini çirkləndirib, qurudan ermənilər it kimi yaşadıqları  evlərindən elə it kimi də qovuldular. Alçaldıcı təslimçilik sənədinə imza atdılar.  Ermənilərin «qüdrətli ordu»ları haqqında yaratdıqları mifləri dağıdıldı. İşğal altında saxladıqları  torpaqlarda  azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri,  sadiq qaldıqları faşist mahiyyətləri dünyaya bəlli oldu.

Münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edən Prezident İlham Əliyevin ordu quruculuğuna  göstərdiyi diqqət sayəsində dünyanın ən güclü  Silahlı Qüvvələri arasında  yer alan Azərbaycan Ordusu 30 il  işğal altında qalan torpaqlarımızı 44 gün ərzində  azad etdi.  Beləcə 20 Yanvar faciəsini, Sumqayıt hadisələrini, Xocalı soyqırımını  törədən ermənilərin və havadarlarının planları boşa çıxdı.

«Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi» söyləyən Prezident  İlham Əliyev  onu bildirir ki, vətənpərvərlik,  dövlətə sədaqət ruhunda  yetişən gənclər, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub, torpaqlarımızı işğaldan azad etdilər.
Bütün dünya gördü ki, siyasi  iradə, güc, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət olan yerdə  haqq-ədalət öz yerini tapır.  Bu həqiqəti Azərbaycan yaratdığı reallıqları ilə  nümayiş etdirdi.

Havadarlarına arxalanaraq Azərbaycana qarşı təxribatlar törədən, məkrli oyunların iştirakçısı, xunta rejimi ilə idarə edilən məğlub  Ermənistan hazırda həyəcanlı günlərini yaşayır.  «Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, Ermənistan bir daha təxribat törətsə nəticəsi daha ağır olacaq: «Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.»

Hazırda ordmuz əvvəlki səviyyədəndə artıq güclüdür. Artıq dünyada yeni reallıq yaranıb. «Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi,   Ermənistan ordusunun 44 gündə məhv edilməsi, erməni  miflərinin  dağıdılması Azərbaycan xalqının birlik və həmrəyliyinin rəmzi, ermənilərin rəzilliyidir.

Xuraman İsmayılqızı, «İki sahil»