28 fevral 2021 02:24
1000

Ukraynalı jurnalist Azərbaycan Prezidentinə verdiyi sualdan yazdı

"Bu gün Azərbaycan Prezidentinə sual vermək imkanına malik oldum. İşğal edilmiş ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məni maraqlandırırdı. Qısa müddətə. 44 gün. İlham Əliyev bunun necə əldə edildiyini açıqlayır. Sadəcə dinləyin. Şlyapanı çıxarıram".

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala özünün “Feysbuk” hesabında yazıb.

“Report”un məlumatına görə, “Azərbaycan rəhbəri bildirdi ki, düşmən öz mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şey edirdi. Amma hərbçilərin şücaəti sayəsində yenə də işğalçılara qalib gəlməyə müvəffəq olduq”, yazan ukraynalı juurnalist qeyd edib: “Düşmən demək olar, 30 il ərzində müdafiə xəttini çox fəal şəkildə gücləndirib. Və hətta nə vaxt, azad edilmiş ərazilərə baş çəkirsən - yəqin siz də həmçinin gördünüz, xüsusilə Fizuli istiqamətində, - orada bir neçə müdafiə xətti var.

Üstəlik, uzunmüddətli atəş nöqtələri, hətta onların bütün səngərləri atəşə tutuldu ki, əgər biz ora girsək, artilleriya atəşinə məruz qalmayaq. Buna görə müdafiənin yarılması böyük cəsarət tələb edirdi.

Və bizim müdafiənin xəttini dağıdan hücum bölmələrimiz, əsl qəhrəmanlıq göstərdi. Buna görə əsas vəzifə müdafiənin xəttini yarmaq idi.

Üstəlik, bizi harada gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik, beləliklə, təsəvvür etmələri çətin olduğu yerdən də getdik.

Onlar indiyə qədər anlaya bilmirlər ki, biz Şuşaya girdik.