28 fevral 2021 12:14
1196

Haselə dəstək nümayişlərində insident baş verdi

İspaniyada həps edilən repçi Pablo Haselin sərbəst buraxılması tələbi ilə Barselonada keçirilən etiraz aksiyasında incident yaşanıb.

“İki sahil” xəbər verir ki, Kataloniyanın yerli polis mənbələrinin məlumatına görə, separatçı və solçu Xalq Birliyi Namizədi (CUP) və ən solçu həmkarlar ittifaqları və tələbə birliklərinin təşkil etdiyi nümayişdə baş verən insidentdə ən azı 10 nəfərin saxlanılıb.

Təxminən 4 min nəfərin iştirak etdiyi şəhər mərkəzindəki icazəsiz yürüş zamanı şiddət tərəfdarı qruplar dükanları talan edib bəzi banklara hücum edib və bir polis maşınını yandırıblar.

Qeyd edilir ki, La Rambla küçəsi və Kataloniya Meydanında baş verən insidentə polis müdaxilə edib. Yerli KİV yaralananların olduğu bildirir.

Kataloniyada 12 gündür davam edən nümayişlərdə qatı solçu qruplar yalnız Haselin deyil, Kataloniyada tutulan separatçı siyasətçilərin də sərbəst buraxılmasını, qüvvədə olan əmək qanununun dəyişdirilməsini, “Vətəndaşların Təhlükəsizliyinin Qorunması” Qanunu 2015-ci ildə qüvvəyə minmiş və nümayiş hüquqlarını məhdudlaşdıran və icarə qiymətlərinin endirilməsini nəzərdə tutan yeni bir hüquqi tənzimləmə tələb edirlər.

Bildirilir ki, indiyədək Kataloniyadakı nümayişlər zamanı 120-dən çox adam saxlanılıb.