28 fevral 2021 13:05
896

Dağıstanda qəza – 2 polis öldü

Dağıstanda su daşıyan avtomobillə polis maşını toqquşub.

“İki sahil” xəbər verir ki, hadisə nticəsində iki hüquq-mühafizə əməkdaşı yerindəcə ölüb.

Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətinin yaydığı məlumata görə, yerli vaxtla səhər saat yeddi radələrində Atlanaul kəndi yaxınlığında baş verən hadisənin günahkarı və bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.