İllər əvvəl İngiltərədə lombarddan aldığı imitasiya saatlarını satmağa çalışan qadın saatın qızıl olduğunu öyrənib.
“İki sahil” xəbər verir ki, illər əvvəl İngiltərədə bir lombardda aldığı 3 təqlid saatını satmağa qərar verən Andrea adlı qadın həqiqəti öyrəndikdə təəccüblənib. Belə ki, Andrea məşhur saat markasına məxsus 3 fərqli "təqlid" saatını satmaq üçün lombarda gedib. Andrea, 600 sterlinqə satmağa ümid etdiyi saatlardan birinin qızıldan olduğunu öyrənib. Andrea bildirib ki, bu barədə heç bir fikri yox idi.