04 mart 2021 10:51
1111

TBMM-nin komissiya rəhbəri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr Komissiyasının sədri və AK Partiya İstanbul millət vəkili Akif Çağatay Kılıç gələn həftə Azərbaycana səfər edəcək.

"İki sahil" Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, səfərdə Kılıcı komissya üzvləri müşayiət edəcək.

Heyət bu gün Şimali Kiprə gedir, ardınca Azərbaycana yola düşəcək.

Səfər zamanı bir sıra görüşlər keçiriləcək.