04 mart 2021 15:14
721

Qarabağda reabilitasiya mərkəzləri yaradıla bilər

Bu ilin əvvəlində 250 yataqlıq Şağan Reabilitasiya Pansionatının açılışı oldu. Cari ildə Şəmkir və Qəbələdə hər biri 25 çarpayılıq olmaqla, 2 uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

"İki sahil" xəbər verir ki, bu fikirləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də reabilitasiya mərkəzləri yaradıla bilər: "Düşünürəm ki, belə ərazilərdə reabilitasiya mərkəzləri yaratmaq olar. Bununla bağlı planlar var və artıq təkliflər təqdim edilib. Təkliflər qəbul olarsa, həmin bölgələrdə reabilitasiya xidmətinin təşkili üçün mərkəzlər yaradılacaq".