07 mart 2021 01:29
2218

Mobil operator nömrələrindən 104-ə zəng vurmaq ödənişlidir?

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev özünün “Feysbuk” səhifəsində 104 Çağrı Mərkəzinə mobil operator nömrələrindən edilən zənglərin ödənişli olub-olmadığına aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki, Ruslan Əliyev qeyd edib:

“Əziz “Feysbok” izləyiciləri,

Diqqətinizə çatdırmaq istərdim ki, "Azəriqaz" İstehsalat Birliyinin 104 Çağrı Mərkəzinə zənglər mobil operator nömrələrindən tamamilə ödənişsizdir. Bu barədə yanlış fikirlər paylaşılıb insanları çaşdırmaq olmaz. Bu yolverilməzdir. Sutkanın 24 saatı bu Mərkəzin əməkdaşları iş başındadır. Əgər zənglərdə sıxlıq olarsa, zəhmət olmasa, 077 3 104 104 saylı Whatsap nömrəsi xidmətinizdədir. Xidmətdə Sizi narazı salan hər hansı məqam olarsa, mənə yaza bilərsiniz.