08 mart 2021 22:48
913

Premyer Liqamızda bombardir dəyişdi

Azərbaycan Premyer Liqasının 19-ci turunun ilk oyun günündən sonra bombardirlər siyahısında dəyişiklik olub.

Qol.az-ın xəbərinə görə, buna qədər siyahıda ikinci yeri tutan "Neftçi"nin futbolçusu Namiq Ələsgərov "Keşlə" ilə matçda (3:1) dubl edib. Bununla da, bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 13-ə çatdıran 26 yaşlı hücumçu "Qarabağ"ın oyunçusu Mahir Emrelini (12 qol) geridə qoyaraq ilk pilləyə yüksəldib.

Emreli sabah keçiriləcək "Zirə" ilə matçda fərqlənəcəyi təqdirdə, yenidən siyahıda dəyişiklik olacaq.

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 13 qol
Mahir Emreli ("Qarabağ") - 12 qol
Filip Ozobiç ("Qarabağ") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol