10 mart 2021 16:00
1204

Baytarlıq preparatı dövlət qeydiyyatına alınıb

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.

Qurumdan "İki  sahil"ə verilən məlumata görə, martın 9-da AQTA tərəfindən ümumilikdə 1 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatı İran İslam Respublikası istehsalıdır.

İstehsalçı ölkə

İstehsalçı şirkət

Preparatın adı

Preparatın
 növü

1

İran İslam Respublikası

Tizab Azar Aras. Co.

Formalin 37% -li

Baytarlıq Preparatı