11 mart 2021 11:51
1220

“SOCAR MARİNE” 2020-ci ildə də bazarın lideri oldu

“SOCAR MARİNE” beynəlxalq dəniz yanacağı bazarında 650 min tonluq satış həyata keçirdi

2013-cü ildən fəaliyyət göstərən “SOCAR MARİNE” 2020-ci ildə 650 min tona çatan satış həcmi ilə beynəlxalq dəniz yanacağı sektorunda yenidən lider oldu. Hazırda “SOCAR MARİNE” beynəlxalq dəniz yanacağına tələbatın dörddə birindən çoxunu təmin edir.

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin investisyalarına paralel olaraq sürətlə  böyüyən “SOCAR MARİNE” markası  növbəti dəfə beynəlxalq dəniz yanacağı sektorunun lideri olub. Ötən il bazardakı payını 26%-ə çatdıran “SOCAR MARİNE” türk boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.

Beynəlxalq təchizatlarmızla böyüyürük

 “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsi rəhbərinin ticarət üzrə müavini Aqşin Səlimovun sözlərinə görə, sektorun ən gənc oyunçularından olan “SOCAR MARİNE”nin  beynəlxalq dəniz yanacağı sahəsində liderliyi ələ almasında məhsul və xidmətlərin yüksək keyfiyyəti əsas rol oynayıb. A.Səlimov qeyd edib ki, xidmət sahəsində prioritetimiz müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə ödəməkdən ibarətdir: “Hazırda Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələrində fiziki olaraq yanacaq təchizatı ilə yanaşı, Cəbəlütariqdən  Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaq tədarükü ilə “SOCAR MARİNE” markasının beynəlxalq nüfuzunu hər gün daha yüksək səviyyəyə çatdırırıq.”

“SOCAR Türkiyə”nin nəhəng investisiyası sinerji yaradır

Beynəlxalq bazarlarda və Türkiyədə göstərdiyi keyfiyyətli xidmətlərlə dəniz nəqliyyatı və enerji sektorunda lider mövqeyinə yüksələn “SOCAR MARİNE”nin uğur yolunda “SOCAR Türkiyə”nin həyata keçirdiyi nəhəng layihələrlə yaradılan sinerji böyük əhəmiyyət daşıyır.  2018-ci ildə işə başlayan TANAP və Star NEZ, eləcə də “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar ilə “SOCAR-Terminal”dakı gəmilərə yüksək səviyyəli xidmət göstərən və dünyanın aparıcı enerji şirkətlərindən biri olan SOCAR  artıq Türkiyənin dənizçilik sektorunda da mühüm yer tutur. “SOCAR MARİNE” bazardakı mövqeyini daha da gücləndirərək təkcə Türkiyənin deyil, Aralıq dənizi bölgəsinin ən böyük şirkəti olmaq istiqamətində inamlı addımlarla irəliləyir.

Orxan Vahidoğlu, “İki sahil”