"Hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, istehlakçıların qazla təminatında problem olmayacaq”.
"İki sahil" xəbər verir ki, bu fikri SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. Qurum rəhbəri bildirib ki, bütün hazırlıq işləri görülüb.
“Hər kəs arxayın ola bilər, qazla təminatda heç bir problem olmayacaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, ötən günlərlə müqayisədə temperaturun 5-8 dərəcə enəcəyi, qar yağacağı ilə bağlı xəbərdarlıq edib.