12 mart 2021 14:59
1413

Ruslan Əliyev: Qaz təchizatında ciddi problem olmayıb 

Dünəndən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişməsinə baxmayaraq, qazın verilişində ciddi problem müşahidə olunmayıb.

 

"İki sahil" xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. O bildirib ki, bu müddət ərzində hər hansı qəza halı qeydə alınmayıb.

“Qazın təzyiqi ilə bağlı xırda nüanslar olub. Bununla əlaqədar hər bir müraciət operativ şəkildə həllini tapır”.