07 aprel 2021 14:03
1058

COVID-19 keçirən şəxslər necə peyvənd olunmalıdırlar?

Rusiyalı həkim-immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov COVID-19 infeksiyasına yoluxub-sağalmış insanların necə və nə vaxt peyvənd olunması ilə bağlı fikirlərini paylaşıb. O bildirib ki, xəstəliyi keçirən insanlarda altı-yeddi aylıq təbii immunitet formalaşır və həqiqətən də virusdan qorumaq üçün kifayət edir. Buna görə də, xəstəlikdən dərhal sonra vaksinasiya məsləhət görülmür. Lakin təxminən on ay vaxt keçibsə, artıq peyvənd olunmaq lazımdır. Bu zaman bir doza preparat da kifayətdir.

İmmunoloq onu da bildirib ki, koronavirus anticisimlərini yoxlamaq üçün test ən az xəstəliyin keçirilməsindən bir ay sonra verilməlidir. Yoluxmayan, lakin peyvənd olunan şəxslər üçün isə bu interval altı ay təşkil edir.

Kryuçkov bu barədə tədqiqatların hələ də davam etdirildiyini qeyd edib.

Nubar Süleymanova, “İki sahil”