09 aprel 2021 15:41
985

Yaralı qazi döyüş yoldaşlarına nəyi vəsiyyət etdi? - VİDEO

Vətən müharibəsi iştirakçılarından olan Ağdaş rayon sakini Əfqan Cəbrayılov “İki sahil”ə müsahibə verib.

Füzuli istiqamətində gedən gərgin döyüşlərdə iki güllə yarası alaraq yaralanan qazimiz bildirib ki, yaralandığı zaman sağ qalacağına ümidi yox imiş. Elə bu səbəbdən də nəşinin neytral ərazidə qalmamasını yoldaşlarına vəsiyyət edib: “Ağrının təsirindən hərəkət edə bilmirdik, digər tərəfdən, ermənilər də atəş açmağa davam edirdilər. İntensiv döyüş gedirdi, başımızı qaldırıb ətrafa baxa bilmirdik. Çoxlu qan itirmişdim, tez-tez özümdən gedirdim. Sağ qalacağıma ümidim yox idi, ona görə də kəlmeyi şəhadətimi dedim. Həbib və Hacıbalaya dedim ki, mənim burada qoymayın, nəşim düşmən əlinə keçməsin. Çünki ermənilərin meyitlərə necə davrandıqlarını bilirdim. Yoldaşlarım mənə təsəlli verdilər, dedilər heç birimizə heç nə olmayacaq, inşallah sağ-salamat evimizə gedəcəyik”.

Taleh Bağırov, “İki sahil”