12 aprel 2021 02:10
1001

Sinem Kobal: Hədiyyə deyil, ehtiyacımız var idi

Aktrisa Sinem Kobal İstanbulun Etiler səmitində kameralara tuş gəlib.

"İki sahil" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl ana olan aktrisa jurnalistlərlə ayaqüstü söhbət edib.

Ona ünvanlanan sualları cavablandıran Sinem evdə vaxtının çoxunu qızına sərf etdiyini bildirib: “Lalinlə məşqul oluram. Onu qüsursuz şəkildə böyütmək istəyirəm. Çətin olsa da onunla məşqul olmaqdan zövq alıram”.

Kobalın yeni və bahalı avtomobili də gözlərdən yayınmayıb. O, jurnalistlərin “bu Kənan bəyin hədiyyəsidir” sualına belə cavab verib: “Hədiyyə deyil. Belə bir avtomobilə həqiqətən ehtiyacımız var idi. Ona görədə almaq qərarına gəldik”.