12 aprel 2021 03:40
1020

Meqan Markl: Kral ailəsinə yalvardım

Saraydan qalmaqallı şəkildə ayrılan Şahzadə Harri ilə Meqan Markl yenidən gündəmə gəliblər.

"İki sahil" xarici mətbuata istinadən bildirir ki, cütlüyün Kaliforniyanın “Montecito” bölgəsinə köçdüyü 9 ay ərzində 9 dəfə Santa Barbara polis şöbəsinə zəng vurduğu məlum olub.

Buna səbəb onların həyatının təhlükə altında olması və evlərinə dəfələrlə naməlum şəxslərin daxil olmasıdır.

Meqan Markl ötən ay verdiyi müsahibəsi zamanı, ailəsinin təhlükəsizliyinin təminatının davam etdirilməsi üçün saray üzvlərinə müraciət edərək yalvardığını bildirib: “Harri üçün tutulan mühafizəçilərin qaytarılmaması üçün kral ailəsinə yalvardım. Çünki həyat yoldaşıma mütəmadi olaraq şantaj məkubları göndərirlər. Onu ölümlə hədələyirlər. Lakin saray üzvləri bunu qəbul etmədi və mühfizəçiləri saraya çağırdılar”.