12 aprel 2021 20:56
906

Daha bir neçə müəssisədən pomidor qadağası götürüldü

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti aprelin 13-dən etibarən Azərbaycanın daha yeddi müəssisəsinə Rusiyaya pomidor ixrac etməyə icazə verib.

"İki sahil" bu barədə Federal Xidmətə istinadən məlumat verir. Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.

Xatırladaq ki, Rusiya aprelin 9-da da 7 Azərbaycan müəssisəsindən pomidor ixracına icazə vermişdi.