16 aprel 2021 13:22
811

Rüstəm Əbülfətoğluna MEDİA-da vəzifə verilib

Tanınmış jurnalist Rüstəm Əbülfətoğluna yeni vəzifə verilib.

“İki sahil” xəbər verir ki, R.Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) təyinat alıb.

Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub.

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb.