16 aprel 2021 16:19
852

Bundan sonra Qənimət Zahidi necə erməni adlandırmayasan...

Bir daha tanıyın. "Azərbaycan saatı" youtube kanalının aparıcısı, "Azadlıq" qəzetinin baş redaktoru, AXCP sədri Əli Kərimlinin mirzəsi Qənimət Zahid.

Onun erməni ianəsi ilə işlədiyini dəfələrlə sübuta yetirmişik. Hətta, Avropaya qaçdığı ilkin vaxtlarda erməni lobbisinin aparıcı adamları ilə çəkdirdiyi şəkillərini də paylaşmışıq. Bu mənada, onun erməni mövqeyindən çıxış etməsi artıq təbii hala çevrilib. Yəni, təəccüblənmirik. Amma onun budəfəki statusu necə deyərlər, lap "ağ oldu"...

Qənimət Zahid “facebook” hesabında status yazıb. Görün nə deyir: "Hərbi qənimətlər yox - hərbi cinayətlər parkı olmalıdı adı". O, bu statusu ilə birbaşa dövlətimizi, xalqımızı, şəhidlərimizi, qazilərilərimi təhqir edib. O, erməni cinayətlərini, terrorlarını, Xocalı soyqırımını unudub Azərbaycan dövləti əleyhinə danışan erməni xislətli zombi trola çevrilib.

İndi siz deyin, bundan sonra Qənimət Zahidə necə erməni deməyəsən? Bunun xislətində olan Əli Kərimli, Cəmil Həsənli kimilər hakimiyyətə gəlsələr, bu xalqın, dövlətin başına nə oyunlar açmazlar? Deyəndə ki, Əli Kərimli kimilər 1992-ci ildə hakimiyyətə gəlmək üçün Şuşanı, Laçını satdılar, 2003-cü ildə də Qarabağı satıb, yenidən hakimiyyəti zəbt etmək istəyirdilər, demək ki, tam onluğa vurmuş oluruq.

Qənimət Zahid bu statusunu silmiş olsa da, erməni damğasının izi qalmış oldu. Artıq söz ictimaiyyətindir...

P.S. Bir azdan yazacaq ki, montajdır...

Ramil Vəlibəyov"İki sahil"